27 Yanvar 2015 06:30
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq yenidən Rusiyanı Ukraynanın şərqində separatçılara dəstəyini dayandırmağa çağırıb. O, rəsmi Moskvanı bir daha münaqişənin sülh yolu ilə həllinə səy göstərməyə səsləyib.

Baş katib Ukraynanın şərqində qiyamçıların məhz Rusiya tərəfindən hərtərəfli təchiz olunduğunu vurğulayıb:“Münaqişənin sülh yolu ilə həlli barədə öhdəlik götürməsinə baxmayaraq Rusiya separatçılara dəstək verməkdə davam edir. Onlar təlim keçir, hərbi avadanlıq ayırır.

Son həftədə Rusiya qiyamçılara yüzlərlə raket sistemləri, ağır artilleriya, maşınlar, tanklar, elektron sistemli hərbi ləvazimat verib. Biz Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa, Ukraynanın stabilliyini pozmamağa və öz beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər