“Türkiyə İŞİD-lə mübarizənin ön sıralarında yer alıb. Biz bununla bağlı rəsmi Ankara ilə əməkdaşlığımızdan məmnunuq”.
Teleqraf.com-un məlumatına görə, belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki çıxış edib. O, bildirib ki, hazırda beynəlxalq koalisiya İŞİD-ə qarşı hücumları davam etdirir və aparılan əməliyyatlarda Türkiyənin fəal dəstəyi hiss olunur:
“Hazırda İraqda, Suriyada – xüsusən, Kobanidə İŞİD-ə qarşı çevik əməliyyatlar davam etdirilir. Kobaninin ətrafının 70 faizi İŞİD-in nəzarətində olduğundan orada vəziyyət daha mürəkkəbdir. Lakin biz Türkiyə ilə birlikdə İŞİD-ə qalib gələcəyimizə əminik”.
Nail Cəlil