27 Yanvar 2015 14:59
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramı dinc məqsədlər üçün nəzərdə tutulub, ancaq müzakirə tərəfləri başa düşməlidir ki, sanksiyalar məsələnin həlli ilə bağlı münasib variant deyil.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər təzyiq etməyi kənara qoymalıdırlar: “Heç kəs İranla basqı dilində danışa bilməz. Bu tək İrana deyil, bütün xalqlara aiddir”.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə danışıqların sonuncu raundu yanvarın 18-də baş tutub. Tərəflər fevralın əvvəlində yenidən görüşməyi qərara alıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər