26 Mart 13:59
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) amerikalı iş adamı Corc Sorosun əsirliyində olduğuna görə sülhsevər siyasət apara bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Hökumət başçısı Avropa siyasətçilərinin Ukraynadakı nizamlanma ilə bağlı mövqeyini şərh edib.

Onun sözlərinə görə, ictimai rəy getdikcə daha çox sülh yolu ilə nizamlanmanın tərəfdarı olan partiyaların dəstəyinə meyil edir: "Aİ liderləri də bunu hiss edirlər. Avropada sülhə tərəf dönüş alınmır, ona görə ki, Brüssel əslində Corc Soros şəbəkəsinin əsiridir".

Orban qeyd edib ki, biznesmenin nümayəndələri Avropa siyasətinə çox böyük təsir göstərirlər: "Çünki o, 30 il ərzində öz təsir şəbəkəsini qurub. Avropalılar Avropa Parlamentinə seçkilərdə “müharibə meyilli siyasətçilərin” fəaliyyətini qiymətləndirə biləcəklər".


Müəllif: Teleqraf.com