26 Mart 23:58
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden ölkədə fövqəladə vəziyyətin ölkənin kibertəhlükəsizliyinə təhlükə səbəbindən daha bir il uzadılmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məlumata görə, ABŞ-də fövqəladə vəziyyət 2015-ci il aprelin 1-də tətbiq edilib.

"Kiberməkanda əhəmiyyətli zərərli fəaliyyətlər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdidlər yaratmaqda davam edir. Odur ki, 2015-ci il aprelin 1-də elan edilən fövqəladə vəziyyət 2024-cü il aprelin 1-dən sonra da qüvvədə qalmaqda davam etməlidir", - deyə bildirilib.

Qeyd edilib ki, qərar "Federal Reyestrdə dərc olunmalı və Konqresə göndərilməlidir".


Müəllif: Teleqraf.com