27 Mart 13:34
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb başa düşdü ki, Moskva vilayətində “Crocus City Hall”da baş verən terror aktına reaksiyasını dəyişməsə, hamıdan geridə qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“İndi dünyanın əksəriyyətindən gördüklərimiz, qərblilər və Qərbin təsiri altında olanlarda baş verən mutasiya çox önəmlidir. İki gün ərzində ifadələrini dəyişdilər, əvvəlkiləri geri götürmədilər, sadəcə, normal açıqlamalar verirlər. Səfirliklərimizə gəlməyə başlayıblar, matəm dəftərləri və başsağlığı kitablarında qeydlərini yazırlar.

Dünən də gəlmişdilər, o cümlədən qərblilər nazirliyimizə gələrək matəm dəftərinə qeydlərini qoyublar. Hər şeyi anlayıblar, başa düşüblər ki, özlərini dominant, hegemon, metropoliya elan etmələrinə baxmayaraq, dünya artıq irəli addım atıb, bu dəhşətli faciəyə münasibətlərini dəyişməsələr, tamamilə geridə qalacaqlar”, - diplomat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu