27 Mart 16:01
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş müdafiə naziri Herve Morin Prezident Emmanuel Makronu Ukraynaya dəstək açıqlamalarına görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, sabiq nazir ölkə liderini təxribatda günahlandırıb.

“Bu, uşaq kralın vəzifəyə gəldiyi ilk günlərdən etdiyi təxribatlardır”, - Morin Makronun Qərb hərbi kontingentinin Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sözlərini şərh edərkən deyib.

O qeyd edib ki, bu cür bəyanatlar Fransanın təcrid olunmasına səbəb ola bilər.

Sabiq nazirin sözlərinə görə, Fransa ordusunun kiçik sursat ehtiyatı var, belə bir durumda Rusiyanı təxribata çəkməməlidir.

“Bizim ekspedisiya güc modelimizə görə çox kiçik raket və mərmi ehtiyatımız var”, - Morin vurğulayıb.

Keçmiş nazir həmçinin əlavə edib ki, Makron narsisizmdən əziyyət çəkir, belə insanlar üçün yalnız özləri önəmlidir, ona görə də həmişə ictimai yerlərdə lazımsız təxribatlar törədirlər.


Müəllif: Mənsur Rəğbətoğlu