31 Mart 01:15
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Ukraynanın Nazirlər Kabinetində kadr dəyişiklikləri gözlənilir. Prezidentin komandası hələ ki, namizədlərlə bağlı yekun qərar verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV mənbələrə istinadən məlumat verir.

Martın 21-22-də Zelenskinin işdən çıxarılan bütün məmurlara kadr dəyişiklikləri barədə məlumat verdiyi iddia edilir. Mənbələr bildiriblər ki, prezident hazırda keçmiş komanda üzvlərindən bəziləri ilə görüşlər keçirib və onların hansı vəzifələri almaq istədiklərini soruşub.

Prezidentin komandası Prezident Aparatı rəhbərinin keçmiş müavini Andrey Smirnovun gələcəkdə nə edəcəyi ilə bağlı hələ qərar verməyib. Eyni zamanda, işdən çıxarılan Aleksey Dneprov tezliklə Ukrayna universitetlərindən birinin rektoru ola bilər.

Nəşrin yazdığına görə, prezidentin birinci köməkçisi Sergey Şefir, müşavirlər Mixail Radutski, Sergey Trofimov, Oleq Ustenko, ştatdankənar komissarlar Natalya Puşkareva və Alena Verbitskayanın işdən çıxarılması da hakimiyyətin yenidən qurulması ilə bağlıdır.

Mənbələrin bildirdiyinə görə, Zelenski yaxın gələcəkdə xarici siyasət məsələləri ilə məşğul olan başqa bir müavini Andrey Sibiqanı vəzifəsindən azad etməyi planlaşdırır. O, xarici işlər nazirinin müavini ola bilər. Sibiqanın vəzifəsini isə Nikolay Toçitski tutacaq.


Müəllif: Pərvin Cəfərova