5 Aprel 10:53
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş verən terror aktı ölkədə nifrət oyatdıqdan və bəzi Tacikistan vətəndaşları buna görə cəzalandırdıqdan sonra cəmiyyətə miqrantlara ehtiyac olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan ( ISW ) deyilib.

Aprelin 4-də Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 12-ci qurultayında Putin gələcəkdə işçi çatışmazlığı yaşayacaqlarını və bunun ölkədə əmək məhsuldarlığının yüksəldilməsi baxımından kritik önəmə malik olduğunu söyləyib. Eyni zamanda, o vurğulayıb ki, Rusiyanın xüsusi seçimi yoxdur, xaricdən işçi qüvvəsinin gəlməsi təşviq edilməlidir.

“Görünür, Putin Rusiyanın ksenofob ultra-millətçi icmasına mesaj verir ki, federasiya işçi çatışmazlığını həll etmək üçün miqrasiyaya arxalanmağa davam etməlidir. Bu, ultra-millətçilərə anti-miqrant siyasətinə çağırışları dayandırmaq üçün bir siqnaldır, xüsusən “Krokus Siti Holl”a terror hücumu kontekstində”, - ISW hesab edir.

ABŞ institutu qeyd edir ki, “Krokus” hadisələri ilə alovlandırılan anti-miqrant siyasəti işçi qüvvəsi çatışmazlığını artıracaq, bu da iqtisadiyyata mənfi təsir göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu