Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarı tamamilə dağılıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb.
Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.
***
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.
Bu barədə regional hökumətin mətbuat xidmətindən bildirilib.
Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.
Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.
Vurğulanıb ki, Orenburqa martın sonunda leysan yağıb. Ona görə də aprelin 4-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.