7 Aprel 23:38
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah bir gün əvvəl ona təqdim olunan kabinetin istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, müvafiq sərəncamı bazar günü dövlət başçısı imzalayıb.

“Əmir Məhəmməd Sabah əl-Salem əs-Sabahın rəhbərlik etdiyi hökumətin istefasını qəbul edir. Nazirlər Kabinetinin bütün üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər”, - sənədin mətnində qeyd olunub.

Küveytin hazırkı Nazirlər Kabinetinin istefası aprelin 4-də Milli Assambleyaya (parlament) keçirilən seçkilərdən sonra baş vermiş rəsmi hadisədir. Yeni parlament seçildikdən sonra hökumətin istefası əmirliyin konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulub. Küveytin əsas qanununa görə, ölkənin yeni Milli Assambleyasının ilk iclası parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra 14 gündən gec olmayaraq keçirilməlidir. Məhz parlamentin ilk iclasında yeni hökumətin tərkibi açıqlanmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər