29 Yanvar 2015 13:06
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun Sosial məsələlər, sağlamlıq ve davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiya alt komitəsinin sədr müavini seçilib.

Bu barədə Teleqraf.com-a millət vəkilinin özü bildirib: “Bu gün media azadlığı ilə bağlı çıxışım nəzərdə tutulub. Bundan öncə girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çıxış etmişəm. Çıxışımda vurğuladım ki, separatçı rejimin girovlar üzərində “məhkəmə” qurması bütün hüquqi normaları pozur və Ermənistan heç bir qanun tanımır. Bütün üzv ölkələri və AŞPA-nı Ermənistanı beynalxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında olan öhdəliklərə əməl etməyə məcbur etməyə çağırdım”.

S.Fətəliyeva AŞ PA Monitorinq Komitəsinin iclasında polşalı deputat Tadeuş İvinskinin Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan dialoq və əməkdaşlıq üçün açıq ölkədir: “Əməkdaşlıq çərçivəsində həmməruzəçidən əsas tələbimiz açıq və konstruktiv olmasıdır. Hər məsələdə olduğu kimi məruzəçidən obyektiv olmağı, reallığı görüb etiraf etmə bacarığı gözləyirik. Tadeuş İvinski kifayət qədər təcrübəli siyasətçidir. AŞPA-da uzun illərdir çalışır. Düşünürəm ki, onun təcrübəsi məruzəçi kimi fəaliyyətinə də təsir edəcək”.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin bu gün keçirilən iclasında polşalı deputat Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər