Moskva vilayətində yanğında beş nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Voskresensk şəhərində baş verən yanğında dördü uşaq olmaqla beş nəfər ölüb.
Qeyd olunur ki, yanğın 150 kvadratmetr olan fərdi yaşayış evini əhatə edib.
Əraziyə səkkiz texnika cəlb edilib və yanğın söndürülüb.