Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində magistral yolda terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, terrorçular iki polis avtomobilinə hücum ediblər. Nəticədə 6 polis məmuru öldürülüb və bir neçə nəfər də yaralanıb.
Qeyd edilir ki, “Ceyş əl-Ədl” terror qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.
Xatırladaq ki, son günlər İranın Sistan və Bəluçestan vilayətində polis məmurları və hərbçilərin ölümü ilə nəticələnən ardıcıl bir neçə terror aktları baş verib.