29 Yanvar 2015 13:55
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri “Taliban” və “Əl Qaidə” qruplaşmaları ilə birlikdə Pakistan və Əfqanıstana soxulub.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, İŞİD-in Twitter hesabında verilən açıqlamada “Taliban” və “Əl Qaidə” qruplaşmalarının bir çox üzvlərinin onlara qoşulduğu bildirilib.

Məsələ ilə bağlı açıqlama verən “Taliban”ın sözçüsü Hafiz Səid Xan İŞİD ilə birlikdə vuruşduqlarını deyib. O, həmçinin hazırda Əfqanıstan və Pakistanda İŞİD-in 30 min döyüşçüsünün olduğunu qeyd edib.

Bu arada Əfqanıstanın şimal şəhəri olan Məzarı Şərifdə İŞİD-ə qarşı döyüşmək üçün "Merg" (Ölüm) adlı silahlı qrup yaradılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər