10 Aprel 10:55
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın müharibəyə son qoymaq üçün sülh planı sadədir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Sadəcə olaraq ərazilərimizdən imtina edəcəyimizdən danışırıqsa və bu ideyadırsa, çox sadə fikirdir. Əgər Trampın həqiqətən də müharibəni tez bir zamanda bitirmək üçün öz yanaşması varsa, onda mən çox razı olardım. Bu fikri dinləməkdən məmnunam. Amma bizə güclü arqumentlər lazımdır. Bizə fantastik ideya yox, real ideya lazımdır. İnsan həyatı təhlükədədir, zarafat edib risk edə bilmərik. Ukrayna ərazilərini vermək və Putinlə danışıqlar aparmaq istəmir, çünki ona etibar etmək olmaz. Biz hər hansı məsələdə razılaşa bilərik. Amma Putin buna sadiq qalacaqmı?".

Zelenski bildirib ki, Trampla görüşməyə mütləq hazıram: "Tramp Ukraynaya həm açıq, həm də qeyri-ictimai şəkildə dəvət olunub ki, vəziyyəti öz gözləri ilə görüb müəyyən nəticələr çıxara bilsin. Tramp gəlmək istədiyini deyir. Amma nə vaxt edə biləcəyini bilmir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər