Bölgədəki vəziyyətin inkişafı gözə-göz, dişə-diş prinsipi əsasında getsə, Yaxın Şərq böyük müharibəyə cəlb oluna bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov deyib.
"Belə bir ssenarinin qarşısını almaq lazımdır. Burada təsir gücünə malik olan bütün tərəflər gərgin vəziyyətdə maksimum təmkin nümayiş etdirirlər. Raketlərin sayını, döyüş və ya qeyri-döyüş uğurlarını hesablayarkən, cari vəziyyətin əsas səbəbini unutmaq olmaz", - səfir bildirib.