15 Aprel 17:10
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya silahlı qüvvələri Ukraynanın Slavyansk şəhərində (Donetsk vilayəti) Fransa muzdlularının yerləşdiyi mövqeyə zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Slavyanskda güclü partlayış baş verib. Zərbə Ukrayna ordusuna kömək üçün SEZAR özüyeriyən silahlar gətirən ukraynalı artilleriyaçılar və fransız muzdlularının yerləşdiyi mövqeyə dəyib.

Rusiya mənbələri ötən həftə Fransa Xarici Legionunun 3-cü Piyada Alayının döyüşçülərinin Slavyanska gəlməsi barədə məlumat veriblər. Qrupa artilleriya kəşfiyyatı üzrə mütəxəssislər və hərbi mühəndislər daxildir. Qrupa ümumilikdə 100-ə yaxın döyüşçünün daxil olduğu bildirilir.

Slavyansk Çasiv Yar şəhərindən 45 km aralıda yerləşir, hazırda onun uğrunda döyüşlər gedir. Rus mediasının iddiasına görə, Rusiya ordusu Çasiv Yar yaxınlığında Ukraynanın müdafiəsini yarıb.


Müəllif: Mənsur Rəğbətoğlu