Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı Devid Qrenc deyib.
“Müharibə uzun müddət davam edəcək. Məqsəd 2014-cü il sərhədlərini bərpa etməkdirsə, bunun üçün çox səy lazımdır. Hazırda Kiyevin nəzarətində olanı qorumaq üçün həm də vaxt lazımdır”, - general bildirib.
Qrencin fikrincə, bu səbəbdən hazırda Ukrayna üçün səfərbərlik çox vacibdir:
“Daha çox insan orduya getməli, daha çox insan xilasedici və həkim olmalıdır. Təlim sistemi və rotasiya sistemi qurmaq lazımdır, eləcə də xidmət, ehtiyat qüvvələri, təhlükəsiz təchizat xətləri... İndi uzun oyuna keçməyin vaxtıdır, çünki bu, tezliklə bitməyəcək”.
Amerikalı general hesab edir ki, Ukraynaya təxminən yarım milyon insanı səfərbər etmək lazımdır, amma bunun üçün ciddi təlimlər də vacibdir.