16 Aprel 22:23
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran səfiri Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Portuqaliya XİN İran səfirini ölkəsinin İsrailə qarşı hücumunu şiddətli şəkildə pisləmək və Hörmüz boğazında SEPAH tərəfindən ələ keçirilən Portuqaliya bayraqlı MSC Aries konteyner gəmisinin dərhal azad edilməsini tələb etmək üçün çağırıb.

Qeyd edək ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər