19 Aprel 08:15
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın mərkəzində yerləşən İsfahan əyalətində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Fars" agentliyi xəbər yayıb.

Məlumata görə, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verə bilərdi.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Bundan əvvəl ABC telekanalı amerikalı rəsmiyə istinadən İsrailin İrandakı obyektə raket hücum təşkil etdiyini bildirmişdi.


Müəllif: Teleqraf.com