19 Aprel 08:00
2 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail 13 aprel hücumuna cavab olaraq İrana "məhdud sayda" zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Fox News" televiziya kanalı mənbəyə istinadən bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.


Müəllif: Teleqraf.com