Təbrizdə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemini işə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Təbrizin Vadi-e-Təbriz rayonunda şübhəli uçan obyekt müəyyən edilib.
İranın dövlət televiziyası İRİB isə İsfahan vilayətinin hava məkanında bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.
İRİB-in məlumatına görə, İsfahan şəhərində heç bir nüvə obyekti və ya nüvə obyektləri hədəfə alınmayıb.
“Mehr” xəbər agentliyinin məlumatına görə isə İsfahan səmasında 3 kiçik pilotsuz təyyarə vurulub.
Agentlik bildirir ki, səhər saat 4.00-da İsfahanın şimal və cənubunda partlayış səsləri eşidilib.
Tehran, İsfahan, Şiraz və İranın qərb, şimal-qərb və cənub-qərb bölgələrinə bütün uçuşlar dayandırılıb.