Çexiya NATO-nun müdafiə nazirlərinə Ukrayna üçün artıq 500 min mərmi aldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Çexiya mərmi təşəbbüsü çərçivəsində Kiyev üçün yarım milyon mərmi aldığını təsdiqləyib”, - Stoltenberq bildirib.
O, həmçinin bir neçə NATO ölkəsinin Kiyevə yeni silahların verilməsi ilə bağlı son vədlərini, o cümlədən Almaniyanın Ukraynaya daha bir Patriot hava hücumundan müdafiə sistemləri batareyası göndərmək qərarını alqışlayıb.
Alyansın Baş katibi vurğulayıb ki, Ukraynaya silah və sursatın 99%-i NATO ölkələri tərəfindən verilir.