10 Noyabr 12:35
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nikki Heyli və Mayk Pompeonu yeni administrasiyasına dəvət etməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Keçmiş səfir Nikki Heyli və ya keçmiş dövlət katibi Mayk Pompeonu hazırda formalaşmaqda olan Tramp administrasiyasına qoşulmağa dəvət etməyəcəm”, - Tramp vurğulayıb.

Siyasətçinin sözlərinə görə, onların əvvəlki fəaliyyətlərini çox bəyənib və bunu çox yüksək qiymətləndirir. Tramp həmçinin onlara ölkəyə xidmətlərinə görə təşəkkür edib.

Bundan öncə xüsusən də Mayk Pompeonun dövləti katibi və ya müdafiə naziri postuna gətiriləcəyi barədə ABŞ mediasında məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər