10 Noyabr 13:36
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək COP29 sammitində Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın rəhbərlik etdiyi “Sıfır Tullantı” layihəsi təqdim olunacaq.

Teleqraf.com xəbər ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, proje Heydər Əliyev Fondu ilə birgə pavilyonda təqdim ediləcək. Pavilyonda təkrar emal və ekoloji cəhətdən təmiz layihələr önə çıxarılcaq. Pavilyonun adı “Həmrəylik Mərkəzi” olaraq müəyyən edilib.

Bundan əlavə, Türkiyə Prezidentinin Kommunikasiyalar Xidməti COP29-da əsas mövzusu “Sıfır Tullantı” olan stend açaraq layihəni təqdim edəcək. Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi müxtəlif qurum və təşkilatların iştirakı ilə Türkiyə pavilyonunda ətraf mühitlə bağlı layihələrini sərgiləyəcək. Bütün dünyanın yaxından izləyəcəyi COP29 Türkiyənin iqlim fəaliyyətində qətiyyəti və ətraf mühit siyasətlərində liderliyini nümayiş etdirəcək bir platforma olacaq.

“Sabah” bildirir ki, 100-ə yaxın dövlət və hökumət başçısının iştirak edəcəyi COP29-da Türkiyənin dünya ictimaiyyətinə 5 mühüm mesajı olacaq:

“Bu kontekstdə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsində maliyyənin əsas rol oynadığı vurğulanacaq. Başqa bir mesajda iqlim məqsədləri üçün maliyyə dəstəyinin ədalətli, müxtəlif və asan əldə edilə biləcəyi müdafiə ediləcək.

İqlim dəyişikliyi ilə mübarizədə rəqəmsallaşmanın transformativ rolu haqqında ayrıca mötərizə açılacaq. Bildiriləcək ki, maliyyə resursları rəqəmsal texnologiyalarla iqlim layihələrinə daha effektiv və etibarlı şəkildə ötürülə bilər, beləliklə, milli və beynəlxalq hədəflərə çatmaqda sürət qazanılacaq.

Dördüncü başlıq altında COP29-da Türkiyənin rəqəmsallaşma ilə yaşıl çevrilməni birləşdirərək daha rəqabətli və davamlı iqtisadiyyatı hədəflədiyi açıqlanacaq. 2053-cü il üçün “Sıfır Emissiya” hədəfinə doğru qətiyyətlə irəliləyiş əldə etdiyimiz bu yolda hərtərəfli iqlim strategiyasının hazırlandığı vurğulanacaq.

COP29-da təqdim olunacaq “2053-cü il Türkiyənin Uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası”nın təfərrüatları da açıqlanıb. Sənədə ümumilikdə 89 strategiyanın daxil edildiyi məlum olub”.

Müxtəlif sektorlarda müəyyən edilmiş uzunmüddətli hədəflər və icra sahələrinə əsaslanan strategiya istixana qazlarının emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə üçün hərtərəfli çərçivə təqdim edir. Bu çərçivədə 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfinə nail olmaq hədəflənir.

COP29-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər