10 Noyabr 17:35
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə gərginliyi azaltmağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bunu israilli politoloq Yakov Kedmi deyib.

Analitik hesab edir ki, Vaşinqton qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirməklə Rusiya ilə rəqabət aparmağı planlaşdırır. Onun fikrincə, söhbət Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, Gürcüstan, Belarus və sair ölkələrdən gedir.

“Bu, həmin dövlətlərin Qərbə soyuq münasibətlərinin dəyişməsinə gətirib çıxaracaq”, - Kedmi vurğulayıb.

Həmçinin o əlavə edib ki, Rusiya və ABŞ rəqib olmaqda davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər