İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa seçkilərdə qələbə qazandıqdan sonra artıq üç dəfə zəng edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı İsrail hökuməti başçısının ofisi məlumat yayıb.
“Son bir neçə gün ərzində mən seçilmiş prezident Donald Trampla üç dəfə danışmışam. Bunlar yaxşı və çox vacib söhbətlər idi. Danışıqlar İsrail və ABŞ arasında güclü müttəfiqliyi daha da gücləndirmək üçün nəzərdə tutulub" - İsrailin baş naziri Netanyahu bildirib.
Netanyahu İranla münasibətlər məsələsində Trampla həmfikir olduğunu vurğulayıb.