Rusiyanın İrkutsk və Buryatiya Respublikasının Orlik kəndində zəlzələ baş verib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Məlumata görə, noyabrın 10-da axşam saatlarında İrkutsk da 3 bal gücündə, Buryatiya Respublikasının Orlik kəndində isə 6.5 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntı və tələfat yoxdur.