10 Noyabr 10:51
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doqquz ildən sonra ilk dəfə olaraq kabinet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Çankaya köşkündə (Ankara) toplanacaq.

Teleqraf.com xəbər verir ki, toplantıda ABŞ prezident seçkilərinin Türkiyə və bölgəyə təsirləri, Ərdoğanın Qırğızıstan və Macarıstana səfərləri zamanı keçirdiyi görüşlər və iqtisadiyyatdakı son durum müzakirə ediləcək.

İclasda İsrailin Qəzza və Livana hücumlarının da müzakirə olunacaq gündəm maddələri arasında olacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər