Ermənistan Azərbaycanla müharibəyə hazır deyil.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan deyib.
Onun sözlərinə görə, Ermənistan belə bir duruma tezliklə hazır olmayacaq.
“Hələ üzərində işləməli olduğumuz çox yer var. Bəlkə də kiçikmiqyaslı toqquşmalar ola bilər, amma söhbət daha böyük, genişmiqyaslı müharibədən gedirsə, hələ çox iş görməliyik. Anlamaq lazımdır ki, hər şeyi bir gündə etmək mümkün deyil, vaxt lazımdır”, - Nersisyan bildirib.