10 Noyabr 14:38
2 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin sədri Si Cinpin Pekin-Vaşinqton münasibətləri ilə bağlı üç prinsip irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Se Fen deyib.

Çin liderinin prinsiplərinə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı qazanca əsaslanan əməkdaşlıq daxildir.

Diplomat qeyd edib ki, bu, iki ölkə üçün yeni dövrdə (Donald Trampın hakimiyyəti dönəmində) yaxınlaşmaq üçün ən yaxşı yoldur.

Fen vurğulayıb ki, Birləşmiş Ştatlar “Vahid Çin” prinsipinə riayət və iki ölkə arasında üç birgə bəyannaməyə əməl etməli, bəyanatları və addımları bir-birinə uyğun olmalıdır.

Səfir həmçinin Çin və ABŞ-ı əməkdaşlıq sahələrini daha da genişləndirməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər