10 Noyabr 17:23
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Milli Antropologiya İnstitutunun arxeoloqları ölkədə “ölülər dünyasına keçid” aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər San Pablo Katolik Kilsəsi ərazisində aparılan tədqiqatın maraqlı nəticələrinə diqqət çəkiblər.

Ərazidə aşkar olunan quyuların dərinliyi 30 metrdir. Kəşf ölkənin cənubundakı qədim Mitla şəhərində edilib. Arxeoloqların fikrincə, burada vaxtilə Sapotek hinduları yaşayıblar.

Sapoteklilərin dini ayinlərində insanlar qurban verilirdi. Təsadüfi deyil ki, arxeoloqlar onların yaşadıqları bu ərazilərdə uşaq qalıqları da tapıblar.

Vaxtilə Mitlada yaşayanların Günəş və Aya sitayiş etdiklərinə inanılır. Şəhərin himayədarları Koki Bezelo və Xonaxi Kekuya yeraltı dünyanın hökmdarları idi. Onların hökmranlıq etdiyi bu məkan “ölülərin dünyası” adlandırdı. Mitlanın özünün “ölülər dünyasına keçid” rolunu oynadığı iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər