10 Noyabr 15:16
2 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Bayden administrasiyasını İsraillə “Hizbullah” arasında atəşkəs razılaşması əldə etməyə məcbur edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Israel of Times” ABŞ rəsmilərinə istinadla yazır.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Amos Hokşteyn əmindir ki, tərəflər razılığa gələ və bir ildən çox davam edən sərhədyanı döyüşlər və İsrailin Livanın cənubunda quru əməliyyatına son qoya biləcəklər.

Noyabrın 5-də keçirilən prezident seçkiləri ərəfəsində Tramp Livanda savaşa son qoyacağına söz verib.

“Mən Yaxın Şərqin həqiqi, davamlı sülhə qayıtmasını görmək istəyirəm. Biz bunu düzgün şəkildə həyata keçirəcəyik ki, bu, hər 5-10 ildən bir təkrarlanmasın”, - Tramp deyib.

ABŞ rəsmiləri regiondakı münaqişələrlə bağlı razılığa gəlmək üçün son addımları atacaqlarını bildiriblər. Amma onların İsrail və regiondakı digər aktorlar üzərində nə qədər təsir rıçaqlarına malik olduqları bəlli deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər