10 Noyabr 23:43
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı administrasiyası Konqresin əvvəllər Ukraynaya yardım üçün ayırdığı bütün vəsaitləri həyata keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalında danışıb.

O xatırladıb ki, söhbət Kiyevin yanvarın 20-dək alacağı 6 milyard dollardan gedir. “Yanvarın 20-də seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər biz Ukraynaya Konqresin təsdiqlədiyi bütün resursları və yardımı göndərəcəyik”, - deyə Sallivan bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər