Özbəkistan Prezidenti Şavkat Mirziyoyev beynəlxalq sammitlərdə iştirak etmək üçün noyabrın 11-13-də Səudiyyə Ərəbistanına və Azərbaycan Respublikasına işgüzar səfərlər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Uzdaily" məlumat yayıb.
Məlumata görə, Şavkat Mirziyoyev 12-13 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılacaq.