Uqanda BRIKS tərəfdaş ölkəsi olmaq üçün dəvət alıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Uqandanın xarici işlər naziri Ceyje Odonqo bildirib .
“Uqanda BRİKS-in tərəfdaş üzvü olmağa dəvət olunub. Mən bu dəvəti təxminən üç gün əvvəl almışam”, - diplomat bildirib.
O əlavə edib ki, Uqanda ölkənin assosiasiyadan gələn dəvəti qəbul etməyə hazır olub-olmadığına qərar vermək üçün lazımi təsdiq prosedurlarından keçir.