10 Noyabr 14:12
3 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ay ərzində Rusiya ordusu cəbhədə mühüm irəliləyişlə müharibənin son iki ilində ən böyük ərazini ələ keçirib. Amma rusların itkiləri ondan da böyükdür.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərinin fikrincə, Rusiya həmişə belə itkilərlə üzləşmir. Söhbət göstərilən müddətdə itirilən 80 min hərbçi, 200-ə yaxın tank və 650-dən çox zirehli texnikadan gedir. Bu, ABŞ-ın İraq və Əfqanıstanda təxminən 20 illik əməliyyatlarında itirdiyindən 20 min nəfər çoxdur.

İki ay ərzində ruslar Xarkov vilayətinin Kupyan, eləcə də Donetsk vilayətinin Selidovo, Kuraxiv və Uqledar şəhərləri yaxınlığında hücum əməliyyatlarını gücləndiriblər. Uqledar və Səlidovonu ələ keçirə biliblər. Amma hələ də qarşı qoyulan məqsədlər baxımından böyük uğurlar yoxdur.

“Ukrayna Silahlı Qüvvələri bu hücum əməliyyatlarını dayandırmasa, Rusiya qüvvələri sonda hərbi baxımından əhəmiyyətli nailiyyətlər əldə edəcəklər”. – materialda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər