10 Noyabr 23:59
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” obyektlərinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Noyabrın 9-da baş verən hava hücumunda bir neçə nəfər, o cümlədən 2020-ci ildə Livanın keçmiş Baş naziri Rafik Həririnin (1944-2005) öldürülməsini təşkil etməkdə təqsirli bilinən “Hizbullah” üzvü Səlim Ayyaş ölüb.

Haaqada keçirilən Livan üzrə Xüsusi Tribunal (STL) Ayyaşı qiyabi olaraq beş ömürlük həbs cəzasına məhkum etmişdi. Əvvəllər iş üzrə əsas müttəhim “Hizbullah”ın silahlı qanadının üzvü Əmin Bədrəddin olub, lakin o, Suriyada döyüşlər zamanı öldürülüb.

Livan üzrə Xüsusi Tribunal 2007-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə 2005-ci il fevralın 14-də Beyrutda Həririnin ölümü ilə nəticələnən terror aktında əli olanların məsuliyyətə cəlb edilməsi üçün yaradılıb. Sahildə baş verən partlayışda tanınmış siyasətçinin mühafizəçiləri və köməkçiləri də daxil olmaqla 22 nəfər həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər