10 Noyabr 15:25
3 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədləri boyunca təhlükəsiz zonanın açıq qalan hissələri tamamlanacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri YPG/PKK terror təşkilatının işğal etdiyi bölgələrin (Suriya və İraqda) təmizlənəcəyini vurğulayıb:

“Həyata keçirdiyimiz əməliyyatlar və yaratdığımız təhlükəsiz zonalarla ölkəmizi cənub sərhədlərindən mühasirəyə almaq cəhdinin qarşısını xeyli aldıq. Qarşıdakı dövrdə sərhədlərimiz boyunca təhlükəsiz zonanın çatışmayan halqalarını tamamlayacağıq. Başqa sözlə, terror təşkilatları ilə ölkəmizin sərhədləri arasında əlaqəni tamamilə kəsəcəyik”.

Ölkəmizin siyasi-iqtisadi yol xəritəsini terror təşkilatları vasitəsilə istiqamətləndirən imperialistlərin və onların marionetlərinin bölgəmizdəki 40 illik oyununu pozacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər