10 Noyabr 08:45
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, administrasiyasına ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heylini və keçmiş dövlət katibi Mayk Pompeonu dəvət etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, yeni prezident bu barədə “Truth Social” platformasında məlumat verib.

“Keçmiş səfir Nikki Heyli və ya keçmiş dövlət katibi Mayk Pompeonu administrasiyasıma qoşulmağa dəvət etməyəcəyəm”, - Tramp qeyd edib.

Bundan başqa Trampın xeyrinə seçkidən çəkilən ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi ABŞ Səhiyyə Nazirliyinə rəhbərlik edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər