Bitkoinin qiyməti rekord səviyyəyə çatıb.
Teleqraf.com "Binance" istinadən xəbər verir ki, bu gün günortadan sonra 81 min dollara yaxınlaşan kritpovalyuta sonradan 79,5 min dollar ətrafında sabitləşib.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gəlməsi kriptovalyutalara marağı sürətlə artırır. Buna səbəb onun vitse-prezidentliyə namizədi olan Ceyms Devid Vensin kriptovalyuta sahəsinə bağlı olması, eyni zamanda Trampın özünün bu bazarla yaxından maraqlanmağa başlamasıdır.
Əksər kriptobirjaların rəhbərləri Tramp dövründə bu kriptovalyuta bazarının çox böyük sürətlə genişlənəcəyini gözləyirlər.