10 Noyabr 22:13
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu təhlükəsizlik danışıqları üçün Çinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, o, həmçinin "Airshow China 2024" beynəlxalq aviaşousunda Rusiyanın beşinci nəsil qırıcı Su-57-nin xaricdəki ilk nümayişində iştirak edəcək.

İşgüzar səfər noyabrın 11-dən 14-dək nəzərdə tutulub, səfər zamanı ÇXR-in ali siyasi rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Şoyqu Çinin xarici işlər naziri Van Yi ilə strateji təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər