BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva COP29-la bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, mən Gənc Məşvərətçilər Şurası və UNICEF Azərbaycanın təmsilçiləri ilə iqlim məsələlərini müzakirə etdim.
"Biz İqlim Bəyannaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi və iqlim dəyişikliyi ilə mübarizə üsullarını barədə fikir mübadiləsi apardıq. Yenilikçi gənclərin təşəbbüsləri ilə tanış olmaq sevindiricidir" - paylaşımda deyilir.