11 Noyabr 01:14
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ -da seçilmiş prezident Donald Trampın prezidentlik müddətində ölkədə qalmaq istəməyənlər üçün dörd illik dünya turuna start verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Məlumata görə, "Skip Forward" turuna "Villa Vie Odyssey" laynerində yeddi qitənin hamısında 140 ölkəyə səfərlər daxildir.

Dörd il üçün hər şey daxil variantı olan tək kabinənin qiyməti 255,9 min dollardan, iki nəfərlik otağın qiyməti 319 min dollardan başlayır. Sərnişinlərə fitnes və spa obyektləri, həmçinin nahar və şam yeməyi zamanı spirtli içkilər təklif olunacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər