6 May 22:28
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” hesabında bildirib.

“Çexiya qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlara görə Rusiya səfirini çağırmaq qərarına gəldim. Biz Rusiya Federasiyasını BMT standartlarına və öz öhdəliklərinə zidd olan davranışlardan çəkinməyə çağırdıq”, - paylaşımda qeyd olunub.

Bizim Telegram kanalımıza abunə olun


Müəllif: Teleqraf.com