Türkiyənin İstanbul şəhərində “Türk dilinin zənginliyi və gücü” mövzusunda elmi konfrans keçirilib.
APA-nın məlumatına görə, toplantıda çıxış edən türkoloq alim, professor Mətin Karaörs türk dilləri ailəsinin dünya dilləri arasındakı yeri, tarixi inkişafı və müasir vəziyyəti barədə danışıb.
Türkiyədə və dünyada dilçiliyin inkişafında Azərbaycan alimlərinin rolunu qeyd edən M. Karaörs Əhməd Cəfəroğlu, Məhərrəm Ergin kimi şəxslərin türkologiyanın inkişafındakı xidmətlərini önə çəkib: “Türkologiyanın inkişafında heç vaxt Azərbaycanla Türkiyə arasında sərhəd hiss etməmişik.
Azərbaycanlı türkoloq alim Firudin Cəlilov etrusklarla türklərin qohumluq əlaqələrini sübut edən kitab yazıb. Bu bizi son dərəcə sevindirən bir əsərdir. Hal-hazırda Azərbaycandakı türkoloq qardaşlarımız Türkiyə və Azərbaycanın ortaq türkcədən istifadə etməsi məsələsində həmfikirdirlər”.