31 Yanvar 2015 23:16
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet Ukraynanın hakimiyyət orqanlarına xəbərdarlıq edir ki, islahatlara başlamağın vaxtıdır.

Teleqraf.com-un məlumatına görə, Amerikalı diplomat Ukraynanın “Zerkalo nedeli” nəşrinə müsahibəsində deyib ki, əgər Ukraynada islahatlar ləngidilsə hakimiyyət orqanlarının istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən dəstəklənməyə ümid etməsi çox çətin olacaq.


Səfir vurğulayıb: “Bizim hamımızın (Ukrayna hakimiyyət orqanlarının nümayəndələrinin – AzərTAc) qarşısında çox böyük təhdidlər durur - keçmişdən miras qalmış paradiqmaların öhdəsindən gəlməliyik. Söhbət pəncərələrin pərdələrini dəyişməkdən yox, əsaslı dəyişikliklər aparmaqdan gedir.

Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik: əgər siz ciddi islahatlar aparsanız, onda Birləşmiş Ştatlar sizin uğurunuz üçün ciddi sərmayə qoyacaq. Əgər islahatlar ləngidilsə, onda sizin istər bizim konqres tərəfindən, istərsə də avropalı tərəfdaşlarınız tərəfindən dəstəklənməyə ümid bəsləməyiniz çox çətin olacaq”.

ABŞ-ın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri deyib: “Futbol matçındakı kimi oxşar vəziyyət yaranıb: hücum mövqeyini dəstəkləmək və qoruyub saxlamaq lazımdır. Matçda hər 15 dəqiqə ötəndən sonra tabloda sizə qiymət verilir. Buna görə də keçmişdəki xidmətlərinizə istinad edərək deyə bilməzsiniz: aprel ayında biz təhsil islahatı aparmışıq. Olduqca çox islahatlar aparmaq lazımdır. Burada həm prezident üçün, həm də Ali Radanın sədri üçün vəzifələr var”.


Müəllif:

Oxşar xəbərlər