1 İyun 16:58
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin genişlənməsinin qarşısını almaq üçün Qərbin bütün “dəli liderlər”i istefaya göndərilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın İrs Partiyasının lideri Devid Kurten deyib.

Siyasətçi vurğulayıb ki, Rusiya Britaniya və digər ölkələrin düşməni deyil və Ukraynadakı münaqişənin böyüməsinin günahı NATO dövlət başçılarının üzərinə düşür.

“Qərbin hazırkı dəli liderləri Ukrayna münaqişəsini həll edəcək və Üçüncü Dünya Müharibəsinə doğru sürətli hərəkətlərə son qoyacaq sağlam düşüncəli insanlarla əvəzlənməlidir”, - Kurten bildirib.

Partiya lideri bundan əvvəl Qərbi müharibəni dayandırmağa və Rusiya ilə barışmağa çağırmışdı.

Kurtenin fikrincə, bunun üçün ABŞ və Avropa mümkün qədər tez Ukraynaya silah tədarükünü dayandırmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər