ABŞ prezidentinin oğlu Hunter Bayden narkotik alverçilərinə kokain fotolarını göndərib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bu barədə onun qanunsuz silah saxlaması ilə bağlı iş üzrə dinləmə zamanı bildirilib.
Qeyd edilir ki, məhkəmə zalında münsiflər heyətinə Baydenin yarıçılpaq əlində tütək videosu nümayiş etdirilib. Görüntülər Co Baydenin oğlunun elektron cihazlarından əldə edilib: "Onlardan birində Hunter Baydenin köynəksiz olduğu və əlində siqaret çəkmək üçün istifadə olunan tütəyə oxşar əşya görünür. Digərində isə tərəzidə ağ maddə göstərilir”.
Məhkəmənin ilk günündə iş üzrə araşdırma aparan FTB-nin xüsusi agenti ifadə verib. Onun sözlərinə görə, Hunter Bayden silah aldıqdan bir neçə gün sonra narkotik alverçilərinə zərərli maddədən istifadə etdiyinə dair mesajlar göndərib.
Daha əvvəl bildirilmişdi ki, Hunter Bayden ona qarşı federal silah ittihamlarının götürülməsi üçün apellyasiya şikayəti verib, məhkəmə prosesi bu ilin iyun ayının əvvəlinə planlaşdırılıb. O, üç ağır cinayətdə ittiham olunub.
Xatırladaq ki, Hunter Bayden 2019-cu ildən aliment ödəmədiyi üçün də mühakimə olunur.